Emin Ağalarovun müsahibəsi [Video]

Emin Ağalarovun müsahibəsi [Video] Emin Ağalarov. Bir çoxu üçün müəmmalı, sirli bir şəxs.


Live.az-ın məlumatına görə, iki gün əvvəl Emin yeni il ərəfəsində Bakıda daha bir konsert verdi. Nadir halda Eminin konsertqabağı saund-çekini lentə almaq mümkün olur, amma o, ANS üçün istisna etdi. Azərbaycanda nadir müğənni tam məsuliyyətilə konsertə hazırlaşır, ambisiyaları isə aşıb-daşır. Emin isə çox sadə, ona görə yox ki, Emin Ağalarovdu, doğurdan da sadə və gülərüz və səmimi birisidir. Beləliklə, konsertqabağı Emin bizim bir çox sualımıza cavab verdi. Bəri başdan deyim ki, o, istənilən suallara cavab verməyə hazır olduğunu əvvəlcədən dedi və bizi bir az çaşdırdı... Gözlənilməz oldu, amma dediyinin üstündə dürdü. Doğrudan da, indiyədək bəlkə də... hər halda heç bir yerli telekanal əməkdaşının cürət edib verə bilmədiyi sualları Eminə biz verdik və cavablar da aldıq. Beləliklə, Emin Ağalarovun eksklüziv müsahibəsini sizə təqdim edirik.


Emin Ağalarov. Müğənni. İş adamı. Valideyn və sadəcə gözəl insan. Daha dəqiq - çox sadə və özünü dartmayan insan.
Düşünürdük ki, müsahibə almaq çətin olacaq... çünki.. daha doğrusu, yəqin ki, Emin də bir çox tanınmış insanlar, iş adamları və elə müğənnilər kimi özünü çox dartacaq, məşhurlarla durub-oturan şəxs kimi o da bizə yuxarıdan aşağı baxacaq...


Ətrafdakıların üstünə səsini ucaltmayan, gülərüz, sadə... gözlərimə, düzü, inanmırdım. Bir çox müğənnilərdən fərqli olaraq, Emin var gücü ilə konsertə hazırlıq görürdü - rəqsləri də özü nizamlayırdı, işığı da, texniki işlərə dair də özü göstəriş verirdi...


İki saata yaxın vaxtın necə gəlib keçdiyinə heç fikir vermədik... həddən artıq maraqlı səhnə davranışı, ürək oxşayan mahnılar.. və sözsüz ki, Müslim Maqomayevin repertuarından bir mahnı... vaxtı unutdurmuşdu. Nəhayət, Eminə yaxınlaşıb ona, bəlkə də başqa həmkarlarımızın verməyə cürət etmədiyi və ya çəkindiyi sualları verdik.


Müsahibənin əvvəlində xəbərdarlıq da etməyə başladım ki, tək musiqi karyerası ilə bağlı olmayacaq haaa suallar, Emin özü qəfil: istənilən suala cavab verməyə hazıram, narahat olmayın - dedi. Eminə ilk sualım da elə onun davranışı ilə əlaqədar oldu.


Yəni necə olur ki, milyonçu, tanınmış şəxs, müğənni özünü dartmır başqalarından fərqli olaraq?


Mənə biraz çətindi bu sualı cavablandırmaq. Biz hamımız bir torpağın üstündə gəzirik. İnsanıq. Bərabərik. sadə olmaq lazımdır. Yekəxanalıq ağılsızlıqdır.


İnsanların bərabərliyi demiş, bu yaxınlarda dünyaca şöhrətli siyasətçi, sülh uğrunda həyatıboyu mübariz olmuş şəxsiyyət - Nelson Mandelanın vəfatı günündə Eminin "Hope", yəni "Ümid" mahnısı sosial şəbəkələrdə milyondan çox seryçi toplamağa nail olmuşdu. Eminin sözlərinə görə, əslində Nelson Mandela bu mahnının həmmüəllifi idi. "Hope"un premyerası gələn ilin sentyabrında Ümumdünya Sülh Gününə həsr ediləcək möhtəşəm mərasimdə səslənməli idi. Lakin Mandelanın vəfatı premyeranı qabaqladı.


Qayıdaq Bakıya. Emin Bakıda maşını da, motosikli də özü sürür. Çətin deyil?

- Mən bağ evində qalıram, oradan da yolu yaxşı bilirəm. Bilirəm nənəmgilə hansı yolla getmək lazımdır, ən sevdiyim restoranlara haradan gedim... bir də ki, Bakı balaca şəhərdi, çətin deyil. Ümumiyyətlə, harada oluramsa olum - istər Bakı, istər Moskva, sükan arxasına özüm əyləşməyi xoşlayıram.

Sevimli restoranlar demiş. Eminin ən sevdiyi azərbaycan yeməyi nədir?

Cızbız. Dünya mətbəxindən isə, suxari qırıntılarında nə bişirilirsə, hamısını xoşlayır.. özü demiş: lap balaca uşaqlar kimi və sözsüz ki, əksər kişilər kimi kartof qızartmasına da biganə deyil. Bütün bu yeməklərin adı gələndə yadıma bayram süfrəsi düşdü.. Yeni ilə Eminin ailəsində necə hazırlaşırlar? Emin oğulları Əli və Mikayıla hədiyyələr alıb artıq?

- Yox, hələ almamışam. Onların hədiyyələri çoxdur, ürəkləri isitəyəni alırıq, amma yeni il hədiyyələrini hələ almamışam. 31 dekabr isə anamın ad günüdür, ona görə də bu bayram bizim ailədə onun bayramıdır, yeni il ikinci plana keçir. Ümumiyyətlə, Yeni ildə xoşlayıram ailəmlə olum, imkan daxilində. Mənim üçün əsas hədiyyə isə yaxınların diqqəti, istisidir.

İsti demişkən. Emin bakılılarla moskvalıların fərqini bunda görür. Onun sözlərinə görə, burada insanlar daha səmimi, isti və gülərüzdülər, nəinki Moskvada. Elə Moskvada da, Bakıdada da, dünyanın istənilən şəhərində də gününü idman zalı, sonra isə qəşəng səhər yeməyilə açdığını etiraf edən Emin Bakıda ən çox köhnə dostları ilə futbol oynamağı xoşlayır, futbolda hansısa komandaya azarkeşlik etməsə belə. Amma sevimli idmançısı var, o da, dünya şöhrətli boksçu Məhəmməd Əlidir.

Emin Ağalarovla söhbətimiz çox səmimi keçdi. Sonda isə ondan bir xahişim oldu.

Bəs azərbaycanca nəsə deyə bilərsiz?

EMİN: Mənə əzab verməyin. Bunu eləməyəcəm, çünki bunu mükəmməl etməlisən, bacarmırsansa, ümumiyyətlə etməməlisən

Hər zaman Bakıdan böyük həzz və enerji aldığını etiraf edən Emin ANS-ən hamıya salam da göndərdi.
Şərhlər
Şou-biznes bölməsinin xəbərləri