Azərbaycanda sərnişin qatarının teplovozunda yanğın olub

Bakı-Balakən qatarında yanğın baş verib.

APA-nın FHN-in saytına istinadən verdiyi məlumata görə, Yevlax rayonu, Yuxarı Qarxun kəndində (rayon mərkəzindən 5 km aralı) “Azərbaycan Dəmir Yolları” QSC-yə məxsus, Bakı-Balakən istiqamətində hərəkət edən sərnişin qatarına (7 ədəd vaqon) qoşulmuş teplovozunun mühərrikindən çıxan kabel 1 p.m yanıb. Teplovoz yanğından mühafizə olunub.

Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.
Şərhlər
Hadisə bölməsinin xəbərləri