Türkiyə mətbuatında Ərdoğan hökumətində yer alacağı gözlənilən yeni nazirlərin adları açıqlanıb

Türkiyə mətbuatında AKP hökumətində yer alacağı ehtimal olunan şəxslərin adları açıqlanıb. APA-nın DHA-ya istinadən verdiyi məlumata görə, “Yeni Şafak” qəzeti baş nazir Rəcəb Tayyib Ərdoğanın prezident Abdullah Gülə təqdim etməyə hazırlaşdığı siyahıdan yazıb.  
 
Daxili işlər naziri - Efkan Ala
İqtisadiyyat naziri - Numan Kurtulmuş
Ədliyyə naziri - Mustafa Şentop
Nəqliyyat naziri - İsmet Yılmaz
Avropa Birliyi məsələləri üzrə nazir - Ömer Çelik
Mədəniyyət və turizm naziri - Mahir Ünal
Müdafiə naziri - Alpaslan Kavaklıoğlu
 
Onu da qeyd edək ki, baş nazirin prezidentlə axşam saatlarında planlaşdırılan görüşü naməlum səbəblərdən təxirə salınıb. Həmin görüşdə R.T. Ərdoğanın A.Gülə sözügedən siyahını təqdim edəcəyi gözlənilirdi.
Şərhlər
Dünya bölməsinin xəbərləri