Türkiyənin tanınmış müğənnisi dünyasını dəyişib

Türkiyənin tanınmış müğənnisi Adnan Şənsəs dünyasını dəyişib.

APA-nın Türkiyənin “Hürriyyət” qəzetinə istinadən verdiyi xəbərə görə, müğənni bir müddət əvvəl yerləşdirildiyi və müalicə aldığı xəstəxanada vəfat edib.

A. Şənsəs 21 avqust 1935-ci ildə Bursada anadan olub. O, 1956-cı ildən müğənniliyə başlayıb, 16 il Ankara radiosunun solisti olub. O, Türkiyədə çəkilmiş 47 filmdə rol alıb.

A. Şənsəs xərcəng xəstəliyindən əziyyət çəkirdi.
Şərhlər
Şou-biznes bölməsinin xəbərləri