Türkiyə Nazirlər Kabinetinin yeni tərkibi açıqlanıb, 10 nazir dəyişib

Türkiyə Nazirlər Kabinetinin yeni tərkibi açıqlanıb. APA-nın xəbərinə görə, yeni kabineti Türkiyənin baş nazir Rəcəb Tayyip Ərdoğan açıqlayıb.

Ərdoğan deyib ki, yeni hökumətin tərkibində 10 vəzifədə dəyişiklik olub.
 
Baş nazirin müavini -Əmrullah İşlər
 
Ədliyyə naziri  Bəkir Bozdağ
 
Ailə və sosial siyasət naziri-Ayşənur İslam
 
Avropa Birliyi naziri - Mövlud Çavuşoğlu
 
İqtisadiyyat naziri -Nihat Zeybəkçi
 
Ətraf və şəhərsalma naziri- İdris Güllece
 
Daxili işlər naziri- Əfqan Ala
 
Nəqliyyat naziri- Lütvi Elvan
 
Elm, sənaye və texnologiya naziri- Fikri İşıq
 
Gənclər və idman naziri- Akif Çağatay Kılıç
 
Yeni kabinetdə bu gün istefa verən daxili işlər, ətraf və şəhərsalma naziri və maliyyə naziri ilə yanaşı adı korrupsiya qalmaqalında hallandırılmış Egemen Bağış da yeni kabinetdə təmsil olunmayıb.
 
Qeyd edək ki, baş nazirin Kabinetinin tərkibini təsdiqlətmək üçün açıqlamadan öncə prezident Abdulla Güllə  1,5 saatlıq görüşü olub.
Şərhlər
Dünya bölməsinin xəbərləri