Şəki şəhərində yeni inşa olunmuş penitensiar kompleks istifadəyə verilib

Şəki şəhərində yeni inşa olunmuş müasir tipli penitensiar kompleks istifadəyə verilib.


Penitensiar xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, ədliyyə naziri Fikrət Məmmədovun göstərişinə əsasən ixtisaslı kadrlarla təmin edilmiş Şəki penitensiar kompleksinə məhkumların köçürülməsinə başlanılıb.


Yeni cəzaçəkmə müəssisəsinə keçirilmiş şəxslər məhkumluqdan əvvəl Şəki və ətraf rayonlarda qeydiyyatda olanlardır. 
 
Şərhlər
Sosial bölməsinin xəbərləri