Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasından olan 3 deputat partiya sıralarından çıxarılıb
- 27.12.2013, 09:24,
- Dünya
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Ötən gün axşam saatlarında Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə ölkənin hakim Ədalət və İnkişaf Partiyasının Mərkəzi İcra Komitəsinin iclası keçirilib.
APA-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, İzmiri təmsil edən 2 millət vəkili – Ərtoğrul Günay, Ərdal Kalkan və Ankaradan seçilmiş Haluk Özdağ partiyanın sıralarından çıxarılıb.
Partiyanın yazılı açıqlamasında bildirilib ki, adları çəkilən deputatlar son vaxtlar partiyanın nizamnaməsi və siyasətinə, başlıca prinsiplərinə zidd olan hərəkətlərə yol veriblər: «Hökumət və partiyanı təhqir edən yazılı və şifahi şəkildə təhqiredici bəyanatlar verdikləri üçün partiyadan çıxarılmaları ilə bağlı Mərkəzi İcra Komitəsi Mərkəzi Nəzarət-Təftiş Komitəsinə müraciət edib».