Bakıda "Lokomotiv" idman kompleksində baş vermiş partlayış nəticəsində ölən və yaralanan şəxslərin adları məlum olub

Bakıda “Lokomotiv” idman kompleksində baş vermiş partlayış nəticəsində ölən və yaralanan şəxslərin adları məlum olub. APA-nın hadisə yerində olan müxbirinin verdiyi məlumata görə, ölən 1964-cü il təvəllüdlü Şahvələd Məmməd oğlu Məmmədov, yaralanan isə 1987-ci il təvəllüdlü Elvin İmran oğlu Qurbanovdur.
 
FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin rəisi, general-mayor Cahangir Qulamovun APA-ya verdiyi məlumata görə, partlayış idman kompleksinin qazanxanasında baş verib. İlikin ehtimala görə, buna qaz sızması səbəb olub. FHN-nin xilasediciləri hadisə yerində müvafiq təmizləmə işləri görürlər. Qalıqlar altında insanların olduğu ehtimal olunur. 
Şərhlər
Hadisə bölməsinin xəbərləri