“Türk Hava Yolları”nın Tripolidəki nümayəndəliyinə silahlı basqın olub, ölən və yaralanan var

Tripoli hava limanında “Türk Hava Yolları”nın bilet satışı ofisinə silahlı basqın olub. APA-nın “Hürriyyet”ə istinadən verdiyi məlumata görə, mühasib işləyən Türkiyə vətəndaşı Uğur Tezcan öldürülüb, Nadide Duman adlı işçi isə ağır yaralanıb.

Ofisdə olan pulların yoxa çıxdığı bildirilir.

Türkiyə səfiri Əhməd Yakıcı dərhal hadisə yerinə gedib. O, Liviya hüquq-mühafizə orqanlarından silahlı hücumda iştirak edənlərin həbs edilməsini istəyib.

“Türk Hava Yolları” nümayəndələrinin U.Tezcanın cənazəsinin Türkiyəyə gətirilməsi üçün Tripoliyə yola düşdüyü bildirilir.
Şərhlər
Dünya bölməsinin xəbərləri