Azərbaycanda beşdən çox uşağı olan qadınlara hər uşaq üçün 30 manat müavinət veriləcək

Azərbaycan prezidenti İlham Əliyev beşdən çox uşağı olan qadınlara müavinətin məbləğinin müəyyən edilməsi haqqında fərman imzalayıb.

APA-nın məlumatına görə, beşdən çox uşağı olan qadınlara müavinətin məbləği hər uşaq üçün 30 (otuz) manat müəyyən edilib.

Fərman 2014-cü il yanvarın 1-dən qüvvəyə minir.
Şərhlər
Sosial bölməsinin xəbərləri