Qızıl Aypara xeyriyyə tədbirləri keçirib
- 28.12.2013, 21:13,
- Cəmiyyət
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Qızıl Aypara Cəmiyyəti və 12 May şirkəti birgə xeyriyyə tədbirləri həyata keçirməyə davam edir.
Belə silsilədən olan tədbirlər bu dəfə Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni il bayramı münasibətilə kimsəsiz və aztəminatlı ailələrin uşaqları, eyni zamanda, ahıllar üçün nəzərdə tutulub. Bayramla əlaqədar ötən gün Suraxanı rayonunda yerləşən 7 saylı internat evinin və Suraxanıda yaşayan aztəminatlı ailələrin uşaqlarına 28 Mall Ticarət Mərkəzində yerləşən 28 Cinema Clubda cizgi filmi seyri düzənlənib. Daha sonra onlara bayram süfrəsi açılıb. Tədbirdə 12 May şirkətinin prezidenti Hacı Səbuhi Rəcəb, Qızıl Aypara Cəmiyyətinin icraçı katibinin müavini Şaban Şayev, Gənclər və Könüllülər şöbəsinin müdiri Xalidə İsgəndərova da iştirak ediblər. Cizgi filminə seyrdən öncə Hacı Səbuhi Rəcəb və Şaban Şayev uşaqları qarşıdan gələn bayramlar münasibətilə təbrik edib, onlara xoş arzularını çatdırıblar. Eləcə də hər iki qurumun hər zaman onlara dəstək olacağını bildiriblər.
60 uşağın qatıldığı tədbir saat 6-dək davam edib.