Azərbaycan əhalisi 4 ay ərzində ərzaq məhsullarına 3,2 milyard manat xərcləyib
- 11.05.2013, 15:15,
- Iqtisadiyyat / Əsas
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
2013-cü ilin yanvar-aprel aylarında Azərbaycanın pərakəndə ticarət bazarında əhaliyə 5,9 milyard manatlıq və ya ötən ilin eyni dövrü ilə müqayisədə 9,4 faiz çox əmtəə satılıb.
Dövlət Statistika Komitəsindən Trend-ə verilən məlumata görə, əmtəə bazarında satılmış məhsulların 3,2 milyard manatı ərzaq, 2,7 milyard manatı qeyri-ərzaq mallarının hesabına formalaşıb, qeyri-ərzaq məhsullarının xüsusi çəkisi artıb.
Cari ilin yanvar-aprel aylarında elektron pərakəndə ticarət dövriyyəsinin həcmi 2012-ci ilin müvafiq dövrünə nisbətən 1,9 dəfə artaraq 700,8 min manat təşkil edib, satışın 87,8 faizi hüquqi şəxslərin, 12,2 faizi fərdi sahibkarların hesabına reallaşıb.
Əhalinin onlayn rejimi vasitəsilə istehlak mallarının alınmasına ödədikləri vəsaitin 93,9 faizi qeyri-ərzaq mallarının alınmasına sərf edilib.