Sumqayıtda və Qaradağda yaşayan tənha-kimsəsiz qocalarla görüş
- 29.12.2013, 15:01,
- Cəmiyyət
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni il bayramı münasibətilə 12 May şirkətinin Qızıl Aypara Cəmiyyəti ilə birgə həyata keçirdiyi xeyriyyə aksiyası davam etməkdədir. Hər iki qurumun nümayədələrinin öncə Sumqayıt şəhərində yaşayan tənha-kimsəsiz qocalarla görüşü təşkil olunmuş, onlara bayram sovqatı hədiyyə edilmişdi.
Görüşdə 12 May şirkətinin icraçı direktoru Pərviz Əzimzadə, Qızıl Aypara Cəmiyyətinin vitse-prezidenti Qafar Əsgərzadə, icraçı katibi Bayram Vəliyev, humanitar şöbəsinin müdiri Əliağa Abbasov, cəmiyyətin Sumqayıt şəhər bölməsinin sədri Mətanət Məhərrəmova, Sumqayıt şəhər İcra Hakimiyyətinin nümayəndəsi Fərman Kazımov, Veteranlar Şurasının sədri Leyla Qasımzadə iştirak etmişdilər. Tədbirdə əməkdar artist Elza Seyidcahan və müğənni Sima Nəsirova da çıxış edərək qocalar üçün mahnılarını səsləndiriblər.
Hər iki cəmiyyətin nümayəndələrinin daha sonra Qaradağ rayonunda yaşayan ahıllar, eləcə də əmək veteranları, Qarabağ əlilləri, imkansız şəxslərlə görüşü baş tutmuşdu. Bu görüşdə Qaradağ rayon İcra Hakimiyyətinin İctimai-siyasi və Humanitar Məsələlər Şöbəsinin müdiri Munis Bayramov, QAC-nin Qaradağ rayonu üzrə bölməsinin sədri Niyaz Eyvazov iştirak ediblər. Görüş zamanı ahıllara bayram sovqatı paylanıb. Daha sonra nümayəndələr tədbirə gələ bilməyən bir neçə imkansız yaşlının evinə baş çəkərək hədiyyələrini təqdim ediblər.
Qeyd edək ki, hər iki görüşdə nümayəndələr çıxış edərək yaşlıları bayram münasibətilə həm 12 May Şirkətinin prezidenti Hacı Səbuhi Rəcəbin, həm də QAC-nin prezidenti, millət vəkili Novruz Aslanın adından təbrik edərək, belə aksiyaların davamlı təşkil olunacağını diqqətə çatdırıblar.