Azərbaycanda Rusiya istiqamətində inşa olunan yeni avtomobil yolu pullu ola bilər
- 30.12.2013, 00:45,
- Iqtisadiyyat / Vacib
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Yaxın illərdə Azərbaycanın avtomobil yol infrastrukturunda yeniliklərin edilməsi planlaşdırılır.
Belə ki, Nəqliyyat Nazirliyi avtomobil yolları şəbəkəsinin müasirləşdirilməsi və genişləndirilməsi, yol təsərrüfatının inkişaf etdirilməsi, investisiyaların cəlb olunması, müasir standartlara cavab verən avtomobil yollarının tikintisi, eləcə də ölkədə ödənişli yolların çəkilməsini planlaşdırır.
Qurum ilkin variant kimi «İpək yolu»na (Bakı-Gürcüstan sərhədi) paralel çəkiləcək yolun ödənişli kimi istifadəyə verilməsini nəzərdə tutur. Nazirliyin «Azəryolservis» ASC-nin mətbuat xidməti Pünhan Mürsəliyevin APA-ya bildirdiyinə görə, avtomobil yolları istifadəçilərinə yüksək xidmətin göstərilməsi, yollarda yüksək sürət rejiminin və təhlükəsizliyin təmin olunması məqsədi ilə yerli və respublika əhəmiyyətli avtomobil yollarında, həmçinin ümumi istifadədə olan bələdiyyə və özəl avtomobil yollarında ödənişli sistemin tətbiqi planlaşdırılır. «Məsələn, hazırda Bakı-Quba yoluna alternativ çəkilən yeni Qəndob-Rusiya sərhədi yolunun 60 km-nin pullu olması variantı nəzərdən keçirilir», - deyə P.Mürsəliyev bildirib.
Bu yolun tikintisi ilə bağlı işlərin 2014-cü ildə yekunlaşdırılacağı gözlənilir.
Qeyd edək ki, ödənişli yollarda gediş haqqı yolun dərəcəsindən asılı olaraq müvafiq icra hakimiyyəti orqanı (Tarif Şurası) tərəfindən müəyyən edilir.