Yaponiyada “Fukusima-1” AES-in yaxınlığında 5,4 bal gücündə zəlzələ olub
- 31.12.2013, 20:29,
- Dünya
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Yaponiyanın Hönsü adasının şimal-şərqində 5,4 bal gücündə zəlzələ olub.
APA-nın “İTAR-TASS”a istinadən verdiyi xəbərə görə, yeraltı təkanlar paytaxt Tokioda da hiss olunub.
Hakimiyyət qurumları sunami təhlükəsi elan edib.
Zəlzələnin episentri İbaraki prefekturasında olub. Xəsarət alan və dağıntılar barədə məlumat yoxdur. İlkin məlumata görə, yeraltı təkanlar episentrin yaxınlığında yerləşən “Fukusima-1” atom elektrik stansiyasına zərər vurmayıb.