Qaradağda sərxoş sürücü polisin üzərindən keçdi

Qaradağ rayonunda ölümlə nəticələnən ağır yol-nəqliyyat qəzası baş verib.

VAZ-2105 avtomoboli Dövlət Yol Polisinin postuna yüksək sürətlə daxil olub. Qəzada 4 nəfər həlak olub.

İlkin məlumata görə, hadisəni törədən sürücü sərxoş olub və avtomobili 160-180 km/saat sürətlə idarət edib.

Dövlət Yol Polisinin əməkdaşı 3 nəfər olan maşını saxlamağa çalışsa da, avtomobili idarə edən sərxoş sürücü göstərişə məhəl qoymayıb, sürəti daha da artırıb.

DYP əməkdaşları postda avtomobilin qarşısını kəsmək istəyəndə VAZ-2105 yüksək sürətlə posta girib.

Zərbə nəticəsində maşın ikiyə bölünüb. Qəzada avtomobildəki 3 sərnişin, habelə Ümid qəsəbəsinin sakini həlak olublar.
Mənbə
Şərhlər
Hadisə bölməsinin xəbərləri