Bakı sakini vətəndaş nikahında olduğu qadını öldürüb

Bakı sakini vətəndaş nikahında olduğu qadını öldürüb Qeyri-rəsmi nikah münasibətlərində olduğu qadını boğaraq qətlə yetirmiş Bakı şəhər sakini könüllü olaraq polisə təslim olub.

Trend Daxili İşlər Nazirlyinin mətbuat xidmətinin yaydığı məlumata istinadən xəbər verir ki, mayın 10-da saat 03:00 radələrində Bakı şəhər sakini Qəhrəman Bədəlov Nəsimi rayonu ərazisində kirayədə yaşayan, qeyri-rəsmi nikah münasibətlərində olduğu Yeganə Məmmədovanı boğaraq qətlə yetirib, evdən qızıl boyunbağı və 350 manatını aparıb.

Lakin daha sonra Bədəlov həmin gün könüllü olaraq Sabunçu Rayon Polis İdarəsinə gələrək təslim olub.
Şərhlər
Hadisə bölməsinin xəbərləri