Azərbaycanda kürəkən qayınatasını və qayınanasını güllələyib

Azərbaycanın Abşeron rayonunda dəhşətli qətl törədilib.

Abşeron Rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, hadisə Novxanı bağlarında qeydə alınıb.
 
Rayon sakini 1978-ci il təvəllüdlü Bayram Mirzəağa oğlu Həsənov ailə münaqişəsi zəminində qayınatası, 1966-cı il təvəllüdlü Nəzər Qəmbər oğlu Hüseynovu və qayınanası, 1966-cı il təvəllüdlü Rəfiqə İbrahim qızı Hüseynovanı güllələyib. Nəticədə onların hər ikisi aldıqları güllə yarasından hadisə yerindəcə keçiniblər.

Qətli törədən B.Həsənov saxlanılıb. Ondan hadisədə istifadə etdiyi 1 ədəd ov tüfəngi götürülüb. Faktla bağlı Abşeron Rayon Prokurorluğu tərəfindən cinayət işi başlanıb, istintaq gedir.
Şərhlər
Hadisə bölməsinin xəbərləri