Türkiyədə partlayışlar nəticəsində ölənlərin sayı 18 nəfərə çatıb

Türkiyədə partlayışlar nəticəsində ölənlərin sayı 18 nəfərə çatıb Türkiyənin Hatay vilayətinin Reyhanlı şəhərində bələdiyyə binasının yaxınlığında və şəhərin mərkəzində ardıcıl 4 güclü partlayış baş verib.

Trend Türkiyə KİV-ə istinadən məlumat verir ki, partlayışlar nəticəsində ölənlərin sayı 18 nəfərə çatıb. 22 nəfərin xəsarət aldığı bildirilir.

Hadisə nəticəsində bələdiyyə binası, həmçinin yaxınlıqdakı çox sayda bina və avtomobil zərər görüb.

Türkiyənin daxili işlər naziri Müəmmər Gülər saat 13:55 radələrində Reyhanlı bələdiyyə binasının qarşısında 2 bomba yüklü avtomobilin partladığını bildirib.

Hadisə yerində 15 təcili tibbi yardım maşını var.
Şərhlər
Dünya bölməsinin xəbərləri