Türkiyədə “rüşvət əməliyyatı” çərçivəsində həbs edilən 10 nəfərin apellyasiya şikayəti rədd edilib
- 03.01.2014, 00:49,
- Dünya
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Türkiyədə keçirilən “rüşvət əməliyyatı” çərçivəsində həbs edilən 10 nəfərin apellyasiya şikayəti rədd edilib.
APA-nın Türkiyə mətbuatına istinadən xəbərinə görə, onların arasında Türkiyənin sabiq daxili işlər naziri Müəmmər Gülərin oğlu Barış Gülər və “Halkbank”ın baş direktoru Süleyman Aslan da var.
Xatırladaq ki, dekabrın 17-də iqtisadiyyat naziri Zəfər Çağlayanın oğlu Salih Kaan Çağlayan, daxili işlər naziri Müəmmər Gülərin oğlu Barış Gülər, şəhərsalma və ətraf mühit naziri Ərdoğan Bayraktarın oğlu Oğuz Bayraktar, Z.Çağlayanın köməkçiləri Behçet Kaynar və Onur Kaya, Ə.Bayraktarın müşaviri Sadık Soylu, bu nazirliyin şəhərsalma idarəsinin müdiri Mehmet Əli Kahraman, İstanbulun Fatih rayonunun AKP-dən olan bələdiyyə başqanı Mustafa Dəmir, “Halkbank”ın baş direktoru Süleyman Aslan, ölkənin ən zəngin iş adamlarından olan Əli Ağaoğlu, sənətçi Əbru Gündəşin həyat yoldaşı, məşhur iş adamı Rza Zərrab və digər şəxslər polis tərəfindən saxlanılıb. Onlardan bəziləri sonradan sərbəst buraxılıb.