Nyu-Yorkda bir neçə saat ərzində bankomatlardan qanunsuz olaraq 45 milyon dollar oğurluq edən cinayətkar şəbəkəsi ifşa olunub. Şəbəkənin təkcə Nyu-Yorkda fəaliyyət göstərən qrupdan 7 nəfər ələ keçirilib. Amerikalı prokurorlar şəbəkənin Kanadadan tutmuş Rusiyaya kimi ümumilikdə 27 ölkənin bankomatlarından külli miqdarda pullar çıxardığını açıqlayıb.
İlk öncə hakerlər ayrı-ayrı bankların məlumat bazalarını sındırıb. Daha sonra orada giriş kodları yaradaraq həmin məlumatları vaxtı ötmüş plastik kartlara və ya mehmanxana otaqlarından istifadə olunan kartlara köçürüb. Bununla hakerlər eyni zamanda maksimum çıxarıla bilən nəğd pul həddini də aradan qaldırmış olub. Ardınca isə şəbəkə üzvləri ən son mərhələyə keçərək, ayrı-ayrı ölkələrdəki bankomatlara axışıb. Cinayətkarlar çirkli pulları yumağın da yolunu öncədən düşünüblərmiş.
Belə ki, onlar saxtakarlığın izlərini itirmək üçün qarət olunmuş pullara bahalı maşınlar digər əmlaklar almağa başlayıblar. Amerikalı prokurorlar əsas ziyanın Birləşmiş Ərəb Əmirliyinin Rakbank və Omanın Muskat Bankına dəydiyini açıqlayıb. Əslən Dominikan Respubliksından olan ABŞ vətəndaşları sui-qəsd hazırlama və çirkli pulların yuyulması maddələri üzrə cinayət işi açılıb.