Gəncədə iki qadın dəm qazından zəhərlənib

Gəncədə bir gündə iki qadın dəm qazından zəhərlənərək xəstəxanaya yerləşdirilib.



Gəncə şəhər Baş Polis İdarəsindən APA-nın Qərb bürosuna verilən məlumata görə, dünən şəhərin 20 Yanvar küçəsində yaşayan 1964-cü il təvəllüdlü Tamara Əliyeva evinin vanna otağında dəm qazından zəhərlənib. Dərhal xəstəxanaya çatdırılan qadın reanimasiya şöbəsinə yerləşdirilib və onun həyatını xilas etmək mümkün olub.



Digər bir zəhərlənmə faktı isə şəhərin 5-ci mikrorayonunda olub. Qazaxıstan respublikasından Gəncəyə qonaq gələn 1961-ci il təvəllüdlü Aybəniz Tağıyeva vanna otağında dəm qazından zəhərlənib. A. Tağıyeva xəstəxanaya yerləşdirilib.

Şərhlər
Hadisə bölməsinin xəbərləri