Bakıda ağır yol-nəqliyyat hadisəsi baş verib, 2 nəfər ölüb
- 04.01.2014, 02:39,
- Hadisə
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Bu gün axşam saatlarında Bakı Dairәvi yolunda 2 nəfərin ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsindən APA-ya verilən məlumata görə, Bakı Dairəvi yolunda baş vermiş qəza nəticəsində 2 nəfər ölüb, 1 nəfər ağır yaralanıb.
Kliniki Tibbi Mərkəzdən APA-ya verilən məlumata görə, qəzada yaralanan şəxs 45 yaşlı Validə Məstəliyevadır. O, xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib, vəziyyəti ağırdır.
İlkin məlumata görə, qəzaya uğrayan avtomobildəkilər eyni ailənin üzvləri olublar. Ata və oğul hadisə yerində dünyasını dəyişib, ana Validə Məstəliyeva isə ağır yaralanıb.