Hacıqabulda yük qatarı relsdən çıxıb, 7 vaqon aşıb
- 04.01.2014, 02:40,
- Hadisə
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Bakı-Qazax dəmir yolunun 150-ci kilometrliyində, Hacıqabul rayonun Qarasu kəndi ərazisində yük qatarının relsdən çıxması nəticəsində 7 vaqon aşıb.
APA-nın xəbərinə görə, vaqonlardan birində daşınan dizel yanacağı ətrafa dağılıb.
Dərhal hadisə yerinə FHN-nin yanğınsöndürmə briqadası cəlb edilib.
Baş verə biləcək yanğının qarşısını almaq məqsədi ilə təhlükəsizlik tədbirləri həyata keçirilir.