Hacıqabulda baş vermiş qatar qəzasının nəticələri aradan qaldırılır

Məlum olduğu kimi, yanvarın 3-də Hacıqabul rayonunun Qarasu dəmiryol stansiyası yaxınlığında Bakı-Ucar marşrutu ilə hərəkət edən yük qatarının 7 vaqonu və 2 sisterni relsdən çıxıb.

Nəticədə sisternlər aşıb, təxminən 500-600 kv.m sahəyə dizel yanacağı dağılıb. Benzinlə dolu çənin üst qapağından sızan yanacaq yanıb. Yanğın saat 23:45-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Hazırda qəzanın nəticələri aradan qaldırılır.
Şərhlər
Hadisə bölməsinin xəbərləri