Əkizdirlər, amma eyni ildə doğulmayıblar
- 05.01.2014, 15:41,
- Maraqlı
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
ABŞ-ın paytaxtı Vaşinqtonda Yeni il gecəsi hamilə qadın uşaqlarının birini 2013-cü, o birini isə 2014-cü ildə dünyaya gətirib.
Trend-in xarici KİV-ə istinadən verdiyi məlumata görə, ana Yaleni Santos Tohalino "Medstar Washington" xəstəxanasında 31 dekabr 2013-cü il saat 23:58-də Lorrin Yaleni Beqazo adlı qızını dünyaya gətirib. 3 dəqiqə sonra - 1 yanvar 2014-cü il saat 00:01-də isə Lorrinin əkiz qardaşı Brandon Ferdinando Beqazo doğulub.
Əkizlər gözlənildiyi vaxtdan bir həftə tez dünyaya gəliblər. Lorrinin çəkisi 2,7 kq, Brandonun çəkisi isə 2,2 kq olub.
Kanadalı Salquyero əkizləri də eyni taleyi yaşayıblar. Torontoda ana Lindsay Salquyero da eyni yumurta əkizlərini fərqli illərdə dünyaya gətirib. Əkizlərdən ilki olan Qabriela 31 dekabr 2013-cü il saat 23:52-də, digəri - Sofiya isə 1 yanvar 2014-cü il saat 00:00:38-də dünyaya göz açıb.