Sabirabadda idarə rəisinin evinə silahlı basqın olub

Bu gecə Sabirabad rayonunda evlərin birinə silahlı basqın olub.


Rayon polis şöbəsindən ANS-ə verilən məlumata görə, Cavad Sabirabad rayon Maliyyə İdarəsinin müdiri Hüseynağa Gülüşovun evinə daxil olan bir neçə silahlı şəxs ondan pul tələb edib. H.Gülüşov onlara 1500 manat verib. Silahlı şəxslər pulu aldıqdan sonra, ev sahibinə bir neçə zərbə vurub və evi tərk ediblər.


Polis H.Gülüşovun şikayəti əsasında axtarışa başlayıb.
Şərhlər
Hadisə bölməsinin xəbərləri