Sinqapur təyyarəsi Bakıda məcburi eniş edib

Sinqapur təyyarəsi Bakıda məcburi eniş edib «Singapore Airlines» aviaşirkətinin «Airbus-380» sərnişin təyyarəsi Bakı şəhərinin hava limanında məcburi eniş edib.

APA-nın məlumatına görə, aviaşirkətin sosial şəbəkələrdə yaydığı rəsmi xəbərə görə, məcburi eniş yerli vaxtla saat 01:03 həyata keçirilib və təyyarə kabinəsinin hermetizasiyasının açılması ilə bağlı olub. Hadisə nəticəsində xəsarət alan olmayıb.

Qeyd edək ki, London-Sinqapur aviareysini yerinə yetirən təyyarənin göyərtəsində 467 sərnişin və 27 heyət üzvü olub.

Sinqapur aviaşirkəti yerli hakimiyyət orqanlarından sərnişinlərin müvəqqəti olaraq otellərdə yerləşdirilməsini xahiş edib. Tezliklə Sinqapurdan yeni təyyarənin göndəriləcəyi gözlənilir.
Şərhlər
İqtisadiyyat bölməsinin xəbərləri