Gürcüstanda benzin ucuzlaşıb
- 07.01.2014, 17:53,
- Iqtisadiyyat
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Gürcüstandakı neft şirkətləri daxili bazarda satdıqları benzin və dizel yanacağının qiymətini aşağı salıblar.
APA-nın “apsny.ge” saytına istinadən verdiyi xəbərə görə, “Lukoil Georgia” şirkəti benzinin və dizel yanacağının qiymətlərini 5-10 tetri miqdarında ucuzlaşdırıb. Bununla da “avro requlyar” markalı benzinin 1 litrinin qiyməti əvvəlkindən 5 tetri az - 1,97 lari, “avro super” markalı benzinin 1 litrinin qiyməti 2,22 lari (5 tetri az), “premium avanqard” markalı benzinin dəyəri 2,12 lari (10 tetri az), dizelin 1 litrinin qiyməti isə 2,17 lari (5 tetri az) olub.
“Sun Petroleum Georgia” şirkəti də qiymətləri 5 tetri məbləğində azaldıb. Bu şirkət “avro requlyar” markalı benzini 2,02 lari, dizeli isə 2,04 lariyə satır.
Azərbaycan Dövlət Neft Şirkəti də Gürcüstanda satdığı benzin və dizelin qiymətini 5 tetri aşağı salıb.
Qeyd edək ki, 1 lari 0,58 ABŞ dollarıdır.