Pətək Dinçöz Yeni ili Qəbələdə qarşılayıb
- 07.01.2014, 18:31,
- Şou-biznes
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Türkiyəli müğənni Pətək Dinçöz Yeni ili Azərbaycanda qarşılayıb.
Nahid Emiloğlunun təşkilatçılığı ilə ölkəmizə gələn sənətçi Qəbələdəki “Qafqaz Resort Hotel”də səhnəyə çıxıb.
Sevilən mahnıları ilə qonaqlara xoş anlar yaşadan Pətək Azərbaycana öz orkestrı ilə təşrif buyurub. Saat 00:00-da səhnəyə çıxan müğənni onu dinləyənlərlə birlikdə oxuyub, rəqs edib.
P.Dinçöz Azərbaycanda möhtəşəm qarşılandığını vurğulayıb:
“Bakıya ayaq basan kimi qarşımda çoxlu jurnalist gördüm. Burada möhtəşəm qarşılandım. Sizi sevirəm”.