Türkiyəli müğənni Bakıdan ev almaq istəyir

Türkiyəli müğənni Pətək Dinçöz Bakıdan ev almaq istəyir.

Sənətçi bu haqda “Onlar” verilişinə açıqlamasında deyib:

“İnanclara görə bir il Yeni ildə harada olursansa, 7 il bayramı həmin yerdə qarşılayırsan. İnşallah, Allahım buradan ev almağı da nəsib edər mənə. Buradan ev satanlara səslənib endirim istəyirəm. 2014-cü ildə Bakıda çox konsertlər vermək istəyirəm. Təşkilatçı Nahid Emiloğlu ilə bir layihəmiz də var. Sizin bəstəkarlardan gözəl mahnı gözləyirəm. Mənə uyğun mahnısı olan Nahid bəyə müraciət etsin”.

Qeyd edək ki, Pətək Dinçöz Nahid Emiloğlunun təşkilatçılığı ilə Azərbaycana gəlib. O, 31 dekabr günü Qəbələdə konsert verib.
Şərhlər
Şou-biznes bölməsinin xəbərləri