Kamilə Babayeva: “Qızım 20 gün adsız qaldı”
- 07.01.2014, 19:12,
- Şou-biznes
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Tanınmış teleaparıcı Kamilə Babayevanın bir müddət öncə dünyaya gələn qız övladına ad qoymaq müşkül məsələ olub.
ANS-in məlumatına görə, teleaparıcı show.az-a açıqlamasında bildirib ki, qızına ad seçimində çətinlik yaşayıblar: “Qızımız dünyaya gələndən sonra bilmirdik ona nə ad qoyaq. Təxminən 20 gün uşaq adsız qaldı. Axırda oturduq yoldaşımla fikirləşdik ki, görəsən hansı adı seçək. Nəhayət, qərara gəldik ki, qızımızı qayınanamın adı ilə Natella adlandıraq.”