Şumaxerlə bağlı ümidləri artıb

Həkimlərin qəzadan sonra ilk dəfə avtopilot Mixael Şumaxer ilə bağlı ümidləri artıb.


Live.az-ın məlumatına görə, bu barədə Almaniyanın nüfuzlu qəzeti "Bild" yazıb. Məlumatda bildirilir ki, sevənləri və ailəsi məşhur alman avtopilotun səhhəti ilə bağlı 9 gündür ki yaxşı bir xəbər gözləyirdi. Nəhayət bu gün açıqlama verən həkimlər Şumaxerin həyatda qala biləcəyi ehtimallarının artdığını deyiblər.


Qrenoble Universiteti xəstəxanasında komada olan Şumaxerin klinik vəziyyətinin daimi nəzarət altında olduğu bildirilir.
Həkimlər ümidli danışsa da avtopilotun həyatda qalıb qalmayacağı dəqiq hələ bəlli deyil.


Qeyd edək ki, Şumaxer Fransada xizək sürərkən yıxılıb, başı daşa dəyib. Zərbənin gücündən keçmiş çempionun başında olan qoruyucu şlem iki yerə parçalanıb. Bir neçə gün öncə 45 yaşı tamam olan avtopilot artıq bir həftədən çoxdur ki, xəstəxanada koma vəziyyətində yatır.
Şərhlər
İdman bölməsinin xəbərləri