Muammer Gülər: Partlayış Əl-Muhabaratla yaxın əlaqəsi və adları bəlli olan qrup tərəfindən törədilib

Muammer Gülər: Partlayış Əl-Muhabaratla yaxın əlaqəsi və adları bəlli olan qrup tərəfindən törədilib Türkiyənin daxili işlər naziri Muammer Gülər mətbuata açıqlamasında bildirib ki, Reyhanlıda baş vermiş partlayışda 735 iş yeri, 62 avtomobil və 8 yaşayış binası zərər çəkib. Trend-in "Anadolu" agentliyinə istinadən verdiyi xəbərdə deyilir ki, nazir Gülər hücumun məqsədinin vətəndaşlara bəlli olduğunu ifadə edib.

"Bunun hədəfi, məqsədi istiqamətləndiyi insanlarla bərabər ölkəmizin sabitliyinə zərbə vurmaq, eyni zamanda, həll prosesinə qarşı təxribat reallaşdırmaqdır. Partlayış buradaki insanları qarşı-qarşıya qoymaq məqsədi daşıyır" - deyə Gülər bildirib.

Nazir açıq şəkildə deyib ki, partlayış Əl-Muhabaratla yaxın əlaqəsi və adları bəlli olan qrup tərəfindən törədilib.

"Bütün əməkdaşlarımız səhərə qədər işləyib və 9 nəfər saxlanılıb. Həmin şəxslər yaxınlıqda kəşfiyyat aparan, avtomobil saxlayanlardır. Dünəndən başlayaraq, partlayışın digər qrupların üzərinə atmaq üçün müxtəlif manipulyasiyalar həyata keçirilir. Məqsəd isə insanları qarşı-qarşıya qoymaqdır" - deyə Güler əlavə edib.
Şərhlər
Dünya bölməsinin xəbərləri