Con Kerri: ABŞ baş vermiş partlayışı pisləyir və müttəfiqi Türkiyənin yanındadır

Con Kerri: ABŞ baş vermiş partlayışı pisləyir və müttəfiqi Türkiyənin yanındadır ABŞ-ın dövlət katibi Con Kerri Türkiyədəki partlayışı pisləyib. Bu barədə Trend-in RİA Novostiyə istinadən verdiyi xəbərdə deyilir.

"Türkiyədə baş vermiş partlayışla bağlı xəbərlər ABŞ üçün zərbə oldu" - deyə ABŞ-ın dövlət katibinin açıqlamasında deyilir.

"ABŞ baş vermiş partlayışı pisləyir və müttəfiqi Türkiyənin yanındadır. Terror hadisəsilə bağlı dəhşətli informasiyalar bizim hər birimizə böyük zərbələr vurdu. Çünki, biz Türkiyə ilə sıx əməkdaşlıq əlaqələrinə malikik və bu ölkə bizim ən yaxın tərəfdaşımızdır" -deyə Con Kerri əlavə edib.
Şərhlər
Siyasət bölməsinin xəbərləri