"Gürcü arzusu" koalisiyasının prezidentiyə namizədi Giorgi Marqvelaşvilini olacaq
- 12.05.2013, 17:46,
- Dünya
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Baş nazirin birinci müavini, təhsil və elm naziri Giorgi Marqvelaşvili hakim "Gürcü arzusu" koalisiyasından Gürcüstan prezidentliyinə namizəd olacaq.
"Gürcü arzusu" koalisiyasının rəhbəri, Baş nazir Bidzina İvanişvili Giorgi Marqvelaşvilini şənbə günü jurnalistlərə təqdim edib.
İvanişvili onu təqdim etməkdən əvvəl koalisiyanın siyasi şurası və sonra parlament çoxluğu ilə məsləhətləşmələr aparıb.
İvanişvili hesab edir ki, Marqvelaşvili Gürcüstan prezidentliyinə layiqli namizəddir.
Gürcüstan prezidentinin seçkiləri bu ilin oktyabrında keçəcək.
Hələlik prezidentliyə bir namizəd məlumdur - leyborist partiyasından onun lideri Şalva Natelaşvili.
Giorgi Marqvelaşvili 1969-cu il sentyabrın 4-də anadan olub. 1992-ci ildə Djavaxişvili adına Tbilisi Dövlət Universitetini bitirib.
Fəlsəfə üzrə elmlər doktorudur.