Gürcüstan daxili işlər nazirinin müavini həbs edilib
- 13.05.2013, 00:22,
- Dünya
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Gürcüstan daxili işlər nazirinin birinci müavini Gela Xvedelidze hüquq müdafiəçisi Georgi Paresaşvilinin şəxsi həyatının əks olunduğu videomaterialı yaydığı üçün ilə həbs edilib.
Daxili işlər naziri İrakli Qaribaşvili bəyan edib ki, bu video əvvəlki hökumətin vaxtında onlara işləməyə məcbur etmək üçün Paresaşvilini şantaj etmək məqsədilə Konstitusiya təhlükəsizliyi departamenti tərəfindən çəkilib, lakin istifadə olunmayıb.
"Yeni hökumətin gəlməsindən sonra bütün bu materiallar müəyyən edilmiş qaydalara uyğun olaraq möhürlənib. Lakin biz köhnə hökumətdə bu materialların surətinin olmadığına zəmanət verə bilmərik. Bu və ya digər qeyri-qanuni materialların saxlanmasının təmin edilməsi mənin köhnə müavinim Gele Xvedelidzeyə tapşırılmışdı. Bu, mənim üçün xoşagəlməz haldır, lakin mənim birinci müavinim təəssüf ki, nəinki cinayət törədib, həmçinin DİN əməkdaşına yaraşmayan hərəkət edib", - nazir qeyd edib.
O bildirib ki, Xvededlidze mediada ona qarşı yayılan, böhtan dolu və heç bir əsası olmayan bəyanatları qeyri-adekvat və ürək ağırısı ilə qəbul edib və qisas almağı qərara alaraq özbaşına Paresaşvili ilə bağlı materialları yayıb: "O düşünüb ki, bu yolla ona qarşı başlanmış kampaniyanın qarşısını ala bilər".
Nazir belə videomateriallarla bağlı arxivin tez bir zamanda məhv ediləcəyini vəd edib.