Azərbaycan ərazisində bu axşamdan hava şəraitinin dəyişəcəyi, yaxın iki gün ərzində küləkli və yağıntılı olacağı gözlənilir
- 13.01.2014, 14:10,
- Cəmiyyət
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Bu gün axşamdan etibarən Azərbaycan ərazisində hava şəraitinin dəyişiləcəyi, yaxın iki gün ərzində küləkli və yağıntılı olacağı gözlənilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev APA-ya açıqlamasında bildirib ki, havanın temperaturu bu günlərlə müqayisədə 3-4 dərəcə düşəcək.
Bu gün Bakı və Abşeron yarımadasında cənub-qərb küləyi arabir güclənəcək, axşama doğru şimal-qərb küləyi ilə əvəz olunacaq. Yanvarın 13-ü axşam şimal və qərb rayonlarından başlayaraq hava şəraitinin yağıntılı olacağı, sulu qar və dağlıq rayonlarda qar yağacağı gözlənilir. Belə hava şəraiti yanvarın 14-də də müşahidə ediləcək və əsasən ölkə ərazisində yağıntılı olacaq. Yanvarın 15-i gündüzdən etibarən əsasən isə yağmursuz hava şəraiti müşahidə olunacaq.