“Milan”ın baş məşqçisi istefaya göndərilib
- 13.01.2014, 17:38,
- Idman
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
İtaliyanın “Milan” klubu baş məşqçisi Massimiliano Aleqqri ilə yollarını ayırıb.
APA-nın məlumatına görə, 46 yaşlı mütəxəssisin istefası bu gün rəsmiləşib.
Milan təmsilçisi müqaviləsinin müddəti iyul ayında başa çatacaq Alleqrini uğursuz nəticələr səbəbi ilə istefaya göndərib. Komanda müvəqqəti olaraq, texniki direktor Mauro Tassottiyə tapşırılıb.
“Milan”ın baş məşqçisi postuna ən real namizəd kimi “rossonerilər”in əfasnəvi futbolçusu, hazırda Braziliyanın “Botafoqo” klubunda çıxış edən hollandiyalı Klarens Zedorff göstərilir.
Qeyd edək ki, Massimiliano Aleqqri 2010-cu ildən “Milan”ı çalışdırır. Onun rəhbərliyi altında “qara-qırmızılar” İtaliya çempionluğu və Superkubokunu qazanıb.