"Eurovision 2013" mahnı müsabiqəsinin rəsmi açılışı olub
- 13.05.2013, 08:35,
- Şou-biznes / Əsas
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Bu gün İsveçin Malmö şəhərində "Eurovision 2013" mahnı müsabiqəsinin rəsmi açılışı olub.
Live.az-ın məlumatına görə, açılış mərasiminin keçirildiyi Malmö Operada müsabiqə təmsilçiləri və nümayəndə heyətləri elan olunub. Mərasimdə Bakıda keçirilmiş "Eurovision 2012"-nin qalibi Lorin də iştirak edib. O, iştirakçılara uğurlar diləyib, layiqli təmsilçinin qələbə qazanmasını arzulayıb.
Sonra tədbir "EuroClub"da davam etdirilib.
Qeyd edək ki, Azərbaycanı builki müsabiqədə Fərid Məmmədov təmsil edəcək.