Misirdə seçicilərin 95%-i yeni konstitusiyanın lehinə səs verib

İlkin məlumatlara görə, Misirdə keçirilmiş referendumda seçicilərin təxminən 95 %-i yeni konstitusiyanın lehinə səs verib.

APA-nın Reuters agentliyinə istinadən verdiyi xəbərə görə, seçicilərin 55%-i səsvermədə iştirak edib.

Ölkənin Ali Seçki Komissiyasının məlumatına əsasən, 52 milyondan çox vətəndaşın səsvermə hüququ olub.

Referendumun rəsmi nəticəsi seçki məntəqələrinin bağlanmasından 72 saat sonra açıqlanacaq.
Şərhlər
Dünya bölməsinin xəbərləri