Bakıda avtomobil ərlə arvadı vurub
- 16.01.2014, 09:28,
- Hadisə
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Bakıda avtomobil yolu keçən ərlə arvadı vurub.
Nizami Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, yol-nəqliyyat hadisəsi bu gün saat 18.00 radələrində Babək prospekti-76 a ünvanında qeydə alınıb.
1987-ci il təvəllüdlü Ülfət Sultan oğlu Hüseynov idarə etdiyi 90 VN 560 dövlət nömrə nişanlı “Lada” markalı avtomobillə yolu keçmək istəyən Loğman İlyas oğlu Əliyevi və onun həyat yoldaşı, 1965-ci il təvəllüdlü Laləzar Həsən qızı Əliyevanı vurub. Hər iki piyada ağır xəsarətlə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.