36 ölkənin ictimai yayımçıları “Eurovision 2014” mahnı müsabiqəsində iştirak edəcəyini təsdiqləyib.
Bu barədə
Live.az müsabiqənin rəsmi saytına istinadən məlumat verir.
Mayın 6-da Danimarkada keçiriləcək sayca 59-cu “Eurovision” müsabiqəsində Azərbaycan, Albaniya, Belarus, Belçika, Danimarka, Estoniya, Finlandiya, Fransa, Gürcüstan, Almaniya, Yunanıstan, Macarıstan, İrlandiya, İsrail, İtaliya, Latviya, Litva, Makedoniya, Malta, Moldova, Monteneqro, Niderland, Norveç, Polşa, Portuqaliya, Rumıniya, Rusiya, San-Marino, İspaniya, İsveç, İsveçrə, Böyük Britaniya, Ukrayna və Ermənistan iştirak edəcək.
Xatırladaq ki, müəyyən maliyyə sıxıntıları üzündən 12 ölkə mahnı müsabiqəsində iştirakdan imtina edib. Öncə Xorvatiya, Slovakiya, Çexiya, Lyuksemburq, sonra isə Bolqarıstan, Bosniya və Herseqovina, Serbiya, Monako, Mərakeş, Kipr və Türkiyə “Eurovision”da iştirak edə bilməyəcəyi haqda müsabiqə təşkilatçılarını məlumatlandırıb.
Mahnı müsabiqəsinin direktoru Yan Ola Sand bu il müsabiqəyə Polşa və Portuqaliyanın qayıtdığını bildirib.
Qeyd edək ki, 2014-cü ildə iştirakçıların sayının azlığına görə “Eurovision” tarixində antirekorda imza atılıb.