Bakının ictimai nəqliyyatında kart sistemi sürücülərə əməkhaqqının verilməsi qaydasını dəyişdirəcək
- 17.01.2014, 18:54,
- Iqtisadiyyat
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Bakının ictimai nəqliyyatında kart sisteminin tətbiqi prosesi başa çatdıqdan sonra gediş haqqının ödənişi tam nağdsız formaya keçiriləcək.
Bunu Trend-ə Nəqliyyat Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Namiq Həsənov bildirib.
Onun sözlərinə görə, yeni sistemin tətbiqi prosesi başa çatanadək Bakıda avtobuslarda ödəniş nağd pulla və nəqliyyat kartları ilə həyata keçiriləcək:
"Kart ödəniş sisteminin tətbiqi avtobus sürücülərinə gündəlik planın müəyyənləşdirilməsi əvəzinə, fiksasiya olunmuş əməkhaqqı verməyə imkan yaradacaq".