Məhəmməd Əmin Rəsulzadənin 130 illik yubileyinin keçirilməsi haqqında tədbirlər planı hazırlanıb
- 17.01.2014, 18:57,
- Siyasət / Vacib
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Azərbaycan Prezidenti İlham Əliyevin "Məhəmməd Əmin Rəsulzadənin 130 illik yubileyinin keçirilməsi haqqında" 22 noyabr 2013-cü il tarixli sərəncamının icrası ilə əlaqədar olaraq, Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin, Azərbaycan Milli Elmlər Akademiyasının, Azərbaycan Təhsil Nazirliyinin və digər aidiyyəti qurumların təklifləri ümumiləşdirilərək tədbirlər planı hazırlanıb.
Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən Trend-ə daxil olan məlumatda bildirilir ki, tədbirlər planında görkəmli şəxsiyyət və dövlət xadiminin yubiley tədbirinin, "M.Ə.Rəsulzadənin Azərbaycan dövlətçilik tarixindəki rolu" mövzusunda elmi konfransın keçirilməsi, M.Ə.Rəsulzadənin xarici ölkələrin arxivlərində olan zəngin irsi və sənədlərinin toplanılıb Azərbaycana gətirilməsi, professor Şirməmməd Hüseynovun tərtib etdiyi M.Ə.Rəsulzadənin seçilmiş əsərlərindən ibarət çoxcildliyin nəşri, "Məhəmməd Əmin Rəsulzadənin ictimai-siyasi fəaliyyəti və müasirlik" mövzusunda elmi sessiyanın keçirilməsi, M.Ə.Rəsulzadənin 130 illik yubileyi ilə əlaqədar kitabxanalarda xatirə gecələrinin və kitab sərgilərinin təşkili, Türkiyə Milli Kitabxanasında M.Ə.Rəsulzadəyə aid nəşrlərin faksmile sürətlərinin Azərbaycan Milli Kitabxanasına gətirilməsi, M.Ə.Rəsulzadənin həyat və yaradıcılığını əks etdirən fotostendin hazırlanması, onun həyat və ictimai-siyasi fəaliyyətinə həsr olunmuş məqalələrin respublika KİV-lərində dərc olunması, ölkə kitabxanalarında M.Ə.Rəsulzadə irsinin tədqiqatçıları ilə görüşlərin və "dəyirmi masa"ların keçirilməsi, Azərbaycan İstiqlal Muzeyində yubileyə həsr olunmuş "Tarixin bir səhifəsi" adlı sərginin və digər tədbirlərin təşkili nəzərdə tutulub.
Yubiley münasibətilə tədbirlər digər təşkilatlarda da keçiriləcək.