Azərbaycan ərazisində hava dəyişkən buludlu olacaq, qısamüddətli yağış yağacaq

Azərbaycan ərazisində hava dəyişkən buludlu olacaq, qısamüddətli yağış yağacaq Mayın 14-15-də Bakı və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev APA-ya açıqlamasında deyib ki, mayın 14-də səhər yarımadanın bəzi yerlərin qısamüddətli az yağış yağacağı ehtimalı var. Mülayim-cənub küləyi əsəcək. Havanın temperaturu gecə 12-17, gündüz 23-25 dərəcə isti, mayın 15-də isə bəzi yerlərdə 28 dərəcəyədək isti olacağı gözlənilir.


Mayın 14-də Azərbaycanın rayonlarında da gecə qısamüddətli yağış yağacağı, gündüz tədricən kəsiləcəyi gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Mülayim-şərq küləyi əsəcək. Havanın temperaturu Aran rayonlarında gecə 11-16, gündüz 21-26, dağlarda gecə 3-8, gündüz 11-16 dərəcə isti olacaq.


Mayın 15-də də bölgələrdə əsasən yağmursuz hava şəraiti müşahidə olunacaq. Havanın temperaturu Aran rayonlarında gecə 10-15, gündüz 20-25, dağlarda gecə 3-8, gündüz 10-15 dərəcə isti gözlənilir.


Tibbi meteoroloji proqnoza əsasən, yaxın 2 gün ərzində Abşeron yarımadasında tibbi-meteoroloji amillərin zəif və mülayim tərəddüdü, eyni zamanda temperaturun iqlim normasına yaxın olacağı gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.
Şərhlər
Sosial bölməsinin xəbərləri