Günay Malikqızının “Yaddan çıxmaz Qarabağ” adlı kitabının təqdimat mərasimi keçirilib
- 18.01.2014, 01:05,
- Mədəniyyət
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Jurnalist Günay Malikqızının “Yaddan çıxmaz Qarabağ” adlı kitabının təqdimat mərasimi keçirilib.
APA-nın məlumatına görə, yazar əvvəlcə İncəsənət Gimnaziyasının muğam üçlüyünü təqdim edib. Tədbir onların ifasında “Qarabağ şikəstəsi” ilə başlayıb. Daha sonra kitab haqqında danışan G. Malikqızı bu sahədə ilk işi olduğunu bildirib və müəllif ilk kitabının məhz Qarabağa həsr olunmasının xüsusilə qürurverici olduğunu deyib: “Jurnalist olduğumuz üçün peşəmiz yazmaqdır. Lakin Qarabağ mövzusunda yazmaq məni daha çox həyəcanlandırdı. Kitabda kiçik yaşlarında doğma torpaqlarından didərgin düşmüş, qaçqın və məcburi köçkün taleyi yaşamağa məhkum edilmiş gənc nəsil Qarabağı görmədən Qarabağ haqqında bildiklərini dilə gətiriblər. Biz Qarabağı görməyən 50-60 nəfər gənclə söhbətləşdik. Lakin onların arasından 22 nəfəri seçdik. Onların arasında Qarabağa dönməyə daha çox inamı olanlarını seçdik”.
Kitabının üz qabığında Qarabağın 11 rayonunun ermənilər tərəfindən işğalı tarixi verilib. Nəşrdə Qarabağı görməyən lakin qarabağlı olan gənclərin fikirləri toplanıb. Müəllif bu hekayələri kitab şəklində toplayıb. Tədbirdə çıxış edən millət vəkili Qənirə Paşayeva kitabın mahiyyətindən danışıb və Qarabağ haqqında kitabların silsilə forma almasını arzulayıb. “Yaddan çıxmaz Qarabağ” Azərbaycan Maarifçi Gənclər Təşkilatı (AMGT) Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin (GİN) maliyyə dəstəyi ilə nəşr edilib. Layihənin rəhbəri Ruhiyyə Aslanova, dizayneri İman Hüseynovdur. Tədbirdə bildirilib ki, kitabın bir neçə xarici dilə tərcümə olunması nəzərdə tutulub.