Bakıda əvvəlki illərdən bağlı qalmış bir neçə əcnəbinin qətlinin üstü açılıb
- 18.01.2014, 01:12,
- Hadisə
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Bakıda əvvəlki illərdən bağlı qalmış bir neçə əcnəbinin qətlinin üstü açılıb.
APA-nın məlumatına görə, bu barədə Bakı Şəhər Prokurorluğunda keçirilən əməliyyat müşavirəsində bildirilib.
Qeyd olunub ki, Xətai rayonunda Hindistan vətəndaşı Binod Kumarın, Nəsimi rayonunda İran İslam Respublikası vətəndaşı Həqzadə Mirəli Vəkil ağa oğlunun, Yasamal rayonunda Türkiyə vətəndaşı Mehmet Alim Halil oğlunun, Nərimanov rayonunda Nağıyev Rasim Tağı oğlunun qətlə yetirilmələri ilə əlaqədar bağlı qalmış cinayət işlərinin açılması təmin edilərək təqsirkar şəxslər məsuliyyətə cəlb olunublar.