Bakıda 61 yaşlı qadını qətlə yetirən şəxs yaxalanıb
- 18.01.2014, 12:04,
- Hadisə
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Üç gün öncə Bakı şəhərində 61 yaşlı qadını qətlə yetirən şəxs yaxalanıb.
Bakı şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, yanvarın 15-də Əsəd Əhmədov küçəsində yaşayan, əvvəllər məhkum olunmuş 1953-cü il təvəllüdlü Xoşavaz Mənəfovanın boğaz nahiyəsindən kəsilərək qətlə yetirilmiş meyiti yaşadığı evdə aşkar edilib.
Baş Polis İdarəsinin Cinayət Axtarış İdarəsinin, Yasamal rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsinin və 29-cu polis bölməsinin əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində qətldə şübhəli bilinən Bakı şəhər sakini 1987-ci il Orxan Məmmədov tutulub.