Rəsmi Tehran «Shell» və BP şirkətlərini İrana dəvət edib
- 19.01.2014, 00:07,
- Dünya
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
İran Neft Nazirliyi Böyük Britaniyanın iki böyük neft şirkəti – «Shell» və BP-ni rəsmən İranda fəaliyyətə dəvət edib.
APA-nın bildirdiyinə görə, bu barədə İranın «Mehr» agentliyi məlumat yayıb.
Hər iki şirkətə İranın neft naziri Bijan Zangənə (Bijen Zengene) tərəfindən rəsmi dəvət göndərilib.
Məlumatda qeyd olunub ki, 2013-cü ilin dekabrında OPEC-in Vyanada keçirilən toplantısında İranın neft naziri Norveçin «Statoil Hydro», İtaliyanın «Eni», Fransanın «Total», ABŞ-ın «Exxon Mobil» və «ConocoPhilips», Avstriyanın OMV və İsveçrənin «Vitol» şirkətləri ilə müzakirələr apararaq onları İrana dəvət edib.
Agentliyin xəbərinə görə, «Shell»və BP-nin İrana 2 mlrd. dollar borcu mövcuddur.